Azərbaycanlı tələbə Almaniyada ölü tapılıbbackend

Azərbaycanlı tələbə Almaniyada ölü tapılıb.

İctimai.az APA-ya istinadən xəbər verir ki, birinci kurs tələbəsi Kənan Camal oğlu Səfərov iyulun 5-də Münhendə yaşadığı evdə ölü tapılıb.

Almaniyada yaşayan Azərbaycan vətəndaşı Mirnatiq Mirsultanov bildirib ki, Kənan Səfərov 6 aydır Almaniyaya gəlib və həm təhsil alıb, həm də diş həkimi köməkçisi kimi çalışıb.

O, iyulun 5-də işə getmədiyi üçün yaşadığı ünvana adam göndərilib, qapını döysələr də, açan olmayıb, mənzilə pəncərədən daxil olublar və döşəmənin üzərində Kənan Səfərovun meyitini aşkarlayıblar.

Meyitin üzərində hər hansı zorakılıq əlaməti olmayıb.