Azərbaycanlı yeniyetmənin hazırladığı oyun “AppStore” reytinqində birinci yerə çıxdı – FOTObackend

16 yaşlı azərbaycanlı yeniyetmənin hazırladığı “Cırtdann” oyunu “AppStore” reytinqlərində birinci yerə çıxıb.

Oxu.Az-ın məlumatına görə, oyunu Sahib Zülfüqar hazırlayıb.

Oyunda Azərbaycanın dövlət bayrağı, milli geyimi, məşhur nağıl personajımız öz əksini tapıb.

“Cırtdann” oyununun kodunu, qrafikasını, personajın dizaynına qədər bütün detallarını Sahib Zülfüqar özü hazırlayıb.

İctimai.az