Azərbaycanlıların yaratdıqları həştəqlər Ermənistanda “Twitter” trendi oldubackend

Azərbaycan-Ermənistan sərhədində baş verən hərbi toqquşmalar internet məkanında da öz təsirini göstərməkdədir.

Fəal sosial şəbəkə istifadəçilərimiz Ermənistanın təxribatını bütün dünyaya çatdırmaq üçün müxtəlif həştəqlərdən istifadə edərək qarşı tərəfin planlarını alt-üst edirlər.

Belə ki, kütləvi olaraq #StopArmenianTerror və #KarabakhisAzerbaijan həştəqləri altında başladılan kampaniya Ermənistanın “Twitter” trendinə çevrilib.