“Azərenerji”nin əməkdaşını maşın vurub öldürdübackend

Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Mercedes-Benz” markalı avtomobil “Azərenerji” ASC-nin yolu keçən iki işçisini vuraraq öldürüb.

Oxu.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, “Mercedes-Benz” markalı avtomobil yolu keçən Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayon, Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Mehdiqulu Allahyar oğlu Manafovu vurub.

Hadisəni eşidən Anar Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb.

Qəzada ölən “Azərenerji” əməkdaşı və atasının fotolarını təqdim edirik:

Azərenerjinin əməkdaşını maşın vurub öldürdü - Xəbəri alan atasının da ürəyi dayandı