Bu ilin yanvar-avqust aylarında “AzerGold” QSC 148 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
İctimai.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın sentyabr buraxılışına istinadən xəbər verir.
Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75 milyon ABŞ dolları və ya 2,03 dəfə çoxdur.
Xatırladaq ki, 8 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % artaraq 2,4 milyard ABŞ dolları təşkil edib.