Azərin Türkiyədə əməliyyat olundubackend

Xalq artisti Azərin Türkiyədə əməliyyat olunub.

Oxu.Az xəbər verir ki, müğənni bu barədə özü məlumat yayıb.

“Həyat bir imtahan və hər birimiz bəlli zamanlarda bu imtahanlardan keçirik. Yaşadığım ciddi sağlamlıq problemlərinə görə çətin ərəfədən keçdim. Əməliyyat olunma qərarı aldım. Bu gün artıq yaxşıyam. Bu çətin günlərimdə yanımda olan, əlimdən tutan insanlara vəfa borcum var. Dostum Fulya Öztürkə təşəkkür edirəm, məni bir an belə tək qoymadı. Duaları ilə məni bir an olsun tək qoymayan ailəmə, ailəm qədər yaxın bağ qurduğum dostlarıma təşəkkür edirəm. Sizin sevginiz, hər an yanımda olmağınız mənə güc və mənəvi dəstək verdi. Həyatımda olduğunuz üçün Allaha şükür edirəm”, – deyə sənətçi yazıb.