“Azəriqaz” iki günə vətəndaşa 132 manat borc yazdıbackend

Vətəndaş qaz istehlakına görə artıq borc yazılmasından şikayətçidir.

Oxu.Az xəbər verir ki, o, sosial mediada etdiyi paylaşımda iki gün üçün 132 manat artıq borc yazıldığını bildirib.

“Yanvarın 1-də qaz üçün 50 manat ödəniş etmişdim, 20 manat borcum qalmışdı. Çekdə də göstərilib. Yanvarın 3-də 152 manatlıq borc yazılan çeki veriblər. Mənim yanvarın 1-i 20 manat borcum var idisə, belə çıxır ki, iki günə 132 manatlıq qaz yandırmışam? Əlavə bu pul niyə yazılır?” – deyə vətəndaş sual edib.

Məsələ ilə bağlı “Azəriqaz” İstehsalat Birliyinə sorğu ünvanlanıb.