“Azərişıq”dan elektrik şəbəkəsinə qoşulmaq istəyənlər üçün müraciətbackend

“Azərişıq” ASC istehlakçıların elektrik enerjisi təchizatı şəbəkəsinə qoşulması üçün yeni elektron xidməti istifadəyə verib.

İctimai.az xəbər verir ki, bu gün keçirilən mətbuat konfransında qurumun sədr müşaviri Fərrux Heybətov təmsil etdiyi qurumun pandemiya dövründə istehlakçıların sağlamlığına da diqqət yetirdiyini xüsusilə qeyd edib:

“Yeni istifadəyə verilən xidmət vasitəsi ilə abunəçilər evdən və ya ofisdən çıxmadan elektrik enerjisi şəbəkəsinə qoşula bilərlər. Bu günə qədər artıq bu xidmət vasitəsi ilə 4 000-ə yaxın müraciət daxil olub”.

“Azərişıq” ASC-nin İnformasiya texnologiyaları departamentinin rəisi Qalib Həmidov isə bildirib ki, ölkə başçısının müvafiq sərəncamı əsasında “Azərişıq” bir çox xidmətlərini elektronlaşdırıb:

“Artıq 19 xidmətimizi elektronlaşdırmışıq. Abunəçilərin elektrik şəbəkəsinə qoşulması üçün nəzərdə tutulmuş bu xidmət abunəçiyə imkan verir ki, 20 gün ərzində heç bir növbə gözləmədən şəbəkəyə qoşulmaq üçün müraciət etsin. Əgər istehlakçı istəsə, əlavə ödəniş etməklə bu müddəti 10 günə qədər azalda da bilər”.

Departament rəhbərinin sözlərinə görə, “Azərişığ”ın təqdim etdiyi bu xidmət Denya Bankının “Doing Business” hesabatı üzrə ekspertləri tərəfindən yüksək qiymətləndirilib.