Abşeronda “Azərişıq” ASC-nin işçisi cərəyan vurması nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.
Belə ki, qəsəbə ərazisində elektrik dirəyində “Azərişıq” ASC-nin işçisi, Fatmayı kənd sakini 1995-ci il təvəllüdlü Ülvi Bəhrəm oğlu Məcidli cərəyan vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.














