“Azərlotereya”nın “1001 Sevinc” əşya lotereyasının ilk qalibləri bəlli oldularbackend

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru “Azərlotereya” oyunçularını sevindirməyə davam edir.

Bu dəfə “1001 Sevinc” əşya lotereyasının ilk tirajında cəmi 1 manata 5 şanslı qalib “iPhone 16 Pro Max (256 GB)” qazanıb. Qaliblər “Azərlotereya”nın “Youtube” kanalında canlı yayımda müəyyən olunub.

Əşya lotereyası oyunçulara cəmi 1, 2 və ya 5 manat qarşılığında bir-birindən müxtəlif qiymətli hədiyyələr qazanmaq imkanı yaradır.

Bir manata smartfonlar, televizorlar, tozsoranlar, oyun konsolları və digər elektron məhsullar, iki manata notbuklar, səyahət kuponları, dəyərli hədiyyə kartları və ən əsası beş manata “Toyota RAV4” avtomobilinə sahib ola bilərsiniz.

Lotereyada iştirak etmək üçün sadəcə Azerlotereya.com və ya Misli.az saytına daxil olub “1001 Sevinc” bölməsindən istədiyiniz əşya üzrə lotereya bileti almağınız kifayətdir. Hər bilet sizi onlarla hədiyyədən birinə daha yaxın edəcək.

Növbəti tiraj 14 iyul saat 21:00-da “Azərlotereya”nın “Youtube” kanalında canlı keçiriləcək. Daha ətraflı məlumat üçün Azerlotereya.com rəsmi saytına daxil ola bilərsiniz.