“Azərlotereya”nın “Sürətli Şans” lotereyasında iki nəfər “Toyota Corolla” qazanıbbackend

Ölkədə şans oyunlarının mərkəzi “Azərlotereya”nın “Sürətli Şans” kampaniyası yekunlaşıb.

Azerlotereya.com və Misli.az platformalarında keçirilmiş “Sürətli Şans” stimullaşdırıcı lotereyasının qalibləri müəyyənləşib.

İki ay davam etmiş stimullaşdırıcı lotereyada ümumilikdə iki nəfər super priz – “Toyota Corolla” avtomobilinə sahib çıxıb. Qaliblərdən biri Cəlilabad sakini Səid Qabilov olub.

Bundan əlavə, lotereyada 80 nəfər 1 000, 16 nəfər 2 000, 8 nəfər isə 10 000 manat qazanıb. Qazananlar sırasında Elsəvər Xasıyev, Əli Mirzəyev, Zamiq Rzayev, Mehman Umarov, Orxan Əliyev, Pünhan Rəhimli, Nəbi Hüseynov da olub.

Qaliblər “Azərlotereya TV” “YouTube” kanalında canlı yayım vasitəsilə təsadüfi seçimlə müəyyənləşib.

Azərlotereyanın Sürətli Şans lotereyasında iki nəfər Toyota Corolla qazanıb