AzTU ilə “Okuklu İnşaat” şirkəti arasında əməkdaşlıq memorandumu imzalanıbbackend

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu İnşaat” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Sənədi rektor Vilayət Vəliyev və şirkətin baş direktoru Yılmaz Okuklu imzalayıb.

Memoranduma əsasən, universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə istehsalat təcrübəsinə cəlb edilməsi və daxili müsabiqə əsasında işə qəbulu həyata keçiriləcək.

Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat laboratoriyalarının və konstruksiya bürolarının yaradılması, tələbələrin startap layihələrinin reallaşdırılması üçün maliyyə vəsaitlərinin və investisiyaların cəlb edilməsi də nəzərdə tutulub.