AzTU-nun rektoru müəllim və tələbələri videoformatda təbrik etdibackend

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2020/2021-ci tədris ilinin başlaması münasibətilə müəllim və tələbələri videoformatda təbrik edib. Rektor bildirib ki, pandemiya səbəbindən dərslər onlayn keçiriləcək. Onlayn dərslərin keyfiyyəti ötən semestrdən fərqli olaraq daha da təkmilləşdirilib. Dərslər “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Rektor videotəbrikində müəllim və tələbələrə təhsilin inkişafı istiqamətində uğurlar və müvəffəqiyyətlər arzu edib.

İctimai.az