AzTU-nun yeni şuarı açıqlanıbbackend

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə-rektoru Əli Abdullazadə tələbələri bilik günü münasibətilə təbrik edib. O, AzTU-nun yeni şuarını açıqlayıb və bununla bağlı tələbələrə müraciət edib. Həmin müraciəti təqdim edirik:

“Əziz tələbələr!

Yeni tədris ilinin başlaması münasibətilə hər birinizi təbrik edirəm! Fürsətdən istifadə edib universitetimizin yeni şuarını diqqətinizə çatdırmaq istəyirəm!

Beləliklə, yeni tədris ilindən AzTU-nun şüarı:

“Universitetimizin parlaq gələcəyi tələbələrdir! Biz sağlam gələcəyimizə inanırıq!”

Əziz dostlar!

Son bir ildə AzTU-da gedən islahatlar bu universitetin parlaq gələcəyinin olacağını deməyə əsas verir. Artıq universitetin konkret bir “Yol xəritəsi”, inkişaf planı var. Universitetimizi parlaq gələcəyə əlbəttə ki, sağlam tələbələr apara bilər!

Dostlar!

AzTU-nun parlaq gələcəyi biz sağlam tələbələrin əlindədir.

Biz tələbələr əvvəla sağlam və gümrah olmalıyıq. Yaxşı təhsil almalıyıq. Hətta düşüncələrimiz belə sıradan olmamalıdır. Biz sağlam düşüncəmizlə irəli addımlamalıyıq. Biz hər bir işi rahatlıqla əldə etməyə çalışmamalıyıq. Axı, biz AzTU tələbələriyik. Biz innovativ fikirlərimizlə, sağlam düşüncələrimizlə, maraqlı ixtiralarımızla ölkəmizin gələcəyinə töhfə verməliyik. Sağlam rəqabət aparıb inkişaf etməliyik. Çünki, bizim universitet müasir texnoloji inqilabın ünvanıdır. Bölgənin texniki təhsil verən yeganə universitetinin tələbələri olmaqla yanaşı, biz həm də savadımızla fərqlənməli, düşüncəmiz və ideyalarımızın məhsulunu ortaya qoymalıyıq. Bu mənada universitetimizin parlaq gələcəyi biz-sağlam tələbələrindir!

Bu yolda hər birimizə uğurlar!”

İctimai.az