AzTV 31 dekabr tarixində estrada ulduzlarının iştirakı ilə möhtəşəm musiqi proqramı təqdim edəcəkbackend
AzTV 31 dekabr tarixində estrada ulduzlarının iştirakı ilə möhtəşəm musiqi proqramı təqdim edəcək.
Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni ilə həsr olunan proqram “Nəsillərin həmrəylik konserti” adlanır.
Konsertdə bəzi sənətçilər illər sonra, bəziləri isə ilk dəfə yer alıb. Proqramda canlı korifeylərlə yanaşı, Azərbaycan estradasının ulduzları və gənc nəslin ən çox dinlədiyi müğənnilərin ifasında rəngarəng musiqi nömrələri tamaşaçılara təqdim ediləcək.
Uzun illər sonra Xalq artisti Flora Kərimova televiziyanın əsas Yeni il çəkilişində iştirak edib, Xalq artisti Zeynəb Xanlarova sevilən musiqiləri ilə proqramın qonağı olub. Bundan başqa, xalq artistləri Mübariz Tağıyev, Brilliant Dadaşova, Tünzalə Ağayeva, Miri Yusif, Əməkdar artistlər Sevda Ələkbərzadə, Manana Caparidze, Gülüstan Əliyeva, müğənnilər Eldar Qasımov, Nigar Camal, Elnur Məmmədov, Nura Suri, Zamiq Hüseynov və digərləri də Azərbaycan Televiziyasının bayram buraxılışının qonağı olub.
Gənclərin sevimlisi olan reper ProMete, Hiss, Ayaz Babayev və Səmra Rəhimli də AzTV-nin Yeni il proqramında ilk dəfə çıxış ediblər.
Konsert proqramının aparıcıları Əməkdar artist Rafiq Həşimov və aktrisa Duyğu Dəvəlidir. Yayımın baş sponsoru Gumush Residencedir.
Qeyd edək ki, Gumush paytaxtın Səbail rayonunda yerləşən dəniz mənzərəli premium yaşayış kompleksidir.
Telefon :  *5775/ 0507075775
Ünvan : Həsən Seyidbəyli 63