AzTV-nin əməkdaşı qəfil vəfat etdibackend

Azərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev qəfil vəfat edib.

Oxu.Az xəbər verir ki, Fariz Babayev məzuniyyətdə olarkən dünyasını dəyişib.

1983-cü il təvəllüdlü F.Babayevin hansı səbəbdən vəfat etdiyi hələ ki məlum deyil.

Fariz Babayev evli idi və üç yaşlı bir övladı var.