Azyaşlı qıza təcavüz edən şəxs həbsdə öldübackend

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə Penitensiar Xidmətin Bakıda yerləşən cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada saxlanılan məhkum Sahib Əlisəməd oğlu İbrahimov dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, S.İbrahimov azyaşlı qıza qarşı seksual təcavüzdə təqsirli bilinərək həbs edilib. Onun əməlindən zərərçəkən yaxın qohumu olub.

Xatırladaq ki, son hadisə bu il doqquzuncu məhkum ölümüdür.