Baerbok “Putinlə mübarizədə” Moldovaya kömək vəd etdibackend

Almaniyanın xarici işlər naziri Annalena Baerbok Moldovaya söz verib ki, Avropa Rusiya prezidenti Vladimir Putinin ölkəyə təsir göstərmək cəhdlərinə qarşı mübarizədə respublikaya kömək etməyə davam edəcək.

Bu barədə N-TV kanalı məlumat yayıb.

Onun sözlərinə görə, Moskva payızda Moldovada keçiriləcək parlament seçkilərinə təsir etmək niyyətindədir.

Ölkəyə səfəri zamanı o, Putinin dezinformasiya, saxta xəbər kampaniyaları və səs satın alma yolu ilə “bir daha Moldovada demokratiya və azadlığı sarsıtmağa çalışacağını” bildirib.