“Paytaxtda fəaliyyət göstərən körpələr evi-uşaq bağçasında azyaşlıya qarşı zorakılıq edən şəxslər işdən azad ediliblər”.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq 290 nömrəli körpələr evi-uşaq bağçasından verilib.
“290 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyəçi-müəllim və xadimə-dayə tərəfindən uşağa qarşı uyğunsuz davranış və fiziki təzyiq göstərilməsi ilə bağlı bağça rəhbərliyi tərəfindən araşdırma aparılıb.
Qanunvericiliyə uyğun olaraq qeyd edilən tərbiyəçi-müəllim və xadimə-dayə tutduqları vəzifədən azad edilib, onlarla bağlanmış əmək müqavilələrinə xitam verilib”, – deyə açıqlamada vurğulanıb.