“Bağçadakı təhsil səviyyəsində dəyişikliklər olacaq”.
Oxu.Az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Xəzər TV-yə müsahibəsi zamanı deyib.
“3-4 yaşlı uşağın psixologiyasını anlayıb ona təhsil verə bilənlər bağçaya cəlb olunacaqlar. Eyni zamanda bağçalarda çalışanların hər biri diaqnostika və sertifikasiyaya cəlb olunacaqlar. Çünki bu mərhələ təhsilin əsas pilləsidir”.