Bahalı iPhone daxili qızıl Rolex saatı ilə təqdim edildibackend

Nijni Novqoroddan olan xüsusi Apple qadcetlərinin istehsalı üzrə ixtisaslaşmış Caviar şirkəti yeni iPhone modelini – Rolex Daytona-nı təqdim edib.

Smartfonun özəlliyi ondadır ki, Caviar mütəxəssisləri onun korpusunun arxa hissəsinə bahalı Rolex Cosmograph Daytona mexaniki saatını həkk ediblər. Bu aksesuarın korpusu sarı qızıldan, bezel isə qara keramikadan hazırlanıb. Saat siferblatası davamlı sapfir kristalla qorunur.

Smartfonun özü titandan hazırlanıb, daha sonra Rolex siferblatları və qutuları yaratmaq üçün istifadə olunan PVD materialı ilə örtülmüşdür. iPhone həmçinin qızıldan hazırlanmış xüsusi ornament və dekorativ elementlərlə bəzədilib.

Mənbə: Gazeta.ru