Bakı aeroportuna işləyən avtobusların intervalı azaldıldıbackend

Bu gündən etibarən hava limanı ekspres marşrut xəttinin hərəkət qrafikində dəyişiklik edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “BakuBus” MMC məlumat yayıb.

“Sizə daha keyfiyyətli və operativ xidmət göstərmək məqsədilə ekspres avtobuslarının intervalı 30 dəqiqədən 25 dəqiqəyə endirilib, müvafiq olaraq bu marşrut xətti üzrə hərəkət edən avtobusların sayı artırılıb”, – deyə məlumatda qeyd olunub.