Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilibbackend

Oktyabrın 18-də Bakı-Ağstafa, oktyabrın 19-da isə Ağstafa-Bakı istiqamətlərində əlavə qatar reysləri təyin edilib.

Oxu.Az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) QSC məlumat yayıb.

Bildirilib ki, eyni zamanda, sərnişinlər sentyabrın 29-dan fəaliyyətdə olan həftəiçi Bakı-Ağstafa-Bakı əlavə reysləri və gündəlik Bakı-Qazax-Bakı marşrutu ilə səfər edə bilərlər.

Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.