Bakı-Ağstafa dəmir yolu marşrutu üzrə axşam reysləri təyin edilibbackend

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC cümə günlərinə Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatını nəzərə alaraq axşam reysləri təyin edib.

Bu barədə ADY məlumat verib.

Məlumata görə, yanvarın 19 və 26-da və fevralın 2-də qatar axşam saat 23:55-də Bakı Dəmiryol Vağzalından Ağstafaya, yanvarın 14, 21 və 28-də və fevralın 4-də isə günorta saat 15:00-da Ağstafadan Bakıya yola düşəcək.

Qatarların hərəkət cədvəli ilə tanış olmaq və bilet əldə etmək üçün “ADY Mobile” tətbiqini yükləmək və yaxud www.ady.az saytına keçid etmək lazımdır.