Françayzinqdə yeni dövr: Birləşmək, inkişaf etmək, qlobal bazarlar qazanmaq
Bu payız Azərbaycan paytaxtı regionun ən nüfuzlu biznes tədbirlərindən birinə ev sahibliyi edəcək. Avrasiya Françayzinq Forumu Bakı 2025 – françayzinq sahəsində qlobal və yerli liderləri, investorları, sahibkarları, startapları və ekspertləri bir araya gətirərək, Avrasiya məkanında yeni tərəfdaşlıqların qurulmasına, dayanıqlı biznes modellərinin inkişafına və qlobal bazarlara çıxış imkanlarının artırılmasına töhfə verəcək.
Forum Azərbaycan Françayzinq Assosiasiyası tərəfindən təşkil olunur və İqtisadiyyat Nazirliyi, Sahibkarlığın İnkişafı Fondu, KOBİA və AZPROMO tərəfindən dəstəklənir. Tədbir 30 oktyabr 2025-ci il tarixində Baku Marriott Hotel Boulevard otelində keçiriləcək.
Bu il forumun beynəlxalq miqyası daha da genişlənib — Dubay, Səudiyyə Ərəbistanı, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkmənistan, Belarusiya və Çin kimi ölkələrin iştirakı artıq təsdiqlənib.
Forumun əsas mövzuları:
1. Françayzinqin Qlobal Trendləri və Avrasiyada yeni imkanlar
– Növbəti 5 ildə françayzinqin inkişaf istiqamətləri
– Avrasiya regionunda perspektiv sektorlar və bazar təhlili
2. Pərakəndə Ticarət və Qida Sənayesində françayzinq
– Uğurlu qida və retail françayz modelləri
– Yerli bazara uyğunlaşma strategiyaları
3. Rəqəmsallaşma və Texnologiyanın françayzinqə təsiri
– E-commerce və rəqəmsal françayzinq imkanları
– Süni intellekt və avtomatlaşdırma trendləri
Forum kimlər üçün nəzərdə tutulub?
• Beynəlxalq və yerli françayzerlər
• İnvestorlar, distribütorlar
• Kiçik və orta sahibkarlar
• Startaplar və biznesini genişləndirmək istəyənlər
• Hüquqşünaslar, konsultantlar və sahə ekspertləri
İştirakçılar üçün imkanlar:
Forum çərçivəsində sərgi zonası, B2B görüşlər, pitch sessiyalar, plenar müzakirələr və təlimlər təşkil olunacaq. Şirkətlər üçün müxtəlif ölçülü stend paketləri (4 m²-dən 12 m²-ə qədər) təklif olunur. Bundan əlavə, Silver, Gold və Baş Sponsor paketləri ilə sponsor şirkətlərə xüsusi tanıtım imtiyazları təqdim edilir.
Forumun rəsmi hissəsi sponsorlar və tərəfdaş şirkətlərin iştirakı ilə keçiriləcək qapalı Gala kokteyli ilə yekunlaşacaq. Bu isə iştirakçılar üçün qeyri-rəsmi atmosferdə yeni əlaqələr qurmaq və əməkdaşlıqları möhkəmləndirmək üçün nadir fürsət olacaq.
Qeydiyyat və əlaqə:
[email protected]
www.franchise.az
+994 99 899 79 01