Bakı Avrasiya Kollecində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilibbackend

Bakı Avrasiya Kollecində 27 sentyabr – Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Dövlət himninin səsləndirilməsi ilə başlanan anım tədbirində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.Tədbiri giriş sözü ilə açan Kollecin Tədris şöbəsinin müdiri Filologiya üzrə fəlsəfə doktoru Ofelya Abbasova qeyd edib ki, 44 günlük haqq savaşı boyunca bizlərə sevinc qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şəhidlərimizə, qazilərimizə, Azərbaycan Ordusunun əsgər və zabitlərinə ömür boyu minnətdar olmalıyıq.
Tədbirdə məruzə ilə çıxış edən Kollecin direktor müavini Kamil Məhəmmədli qeyd edib ki, əsgərlərimiz vətən torpaqları uğrunda apardığı mübarizəsi sayəsində ərazi bütövlüyümüz bərpa olundu, haqq-ədalət öz yerini tapdı.Sentyabrın 27-də uğurlu əks-hücum əməliyyatları nəticəsində təcavüzkar Ermənistan ordusu darmadağın edildi, düşmən kapitulasiya sənədi imzalamaq məcburiyyətində qaldı.Canlarını vətənimiz uğrunda fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsini ehtiramla anılacaq onların hər bir azərbaycanlının qəlbində əbədi yaşayacağını vurğulayıblar.