Bakı-Dehli reysini yerinə yetirən təyyarə texniki səbəbdən uçuş hava limanına qayıdıbbackend

“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-5001 Bakı-Dehli reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

Bu barədə  “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən bildirilib.

Təyyarə yerli vaxtı ilə saat 02:50-də Bakı hava limanına uğurla eniş edib.

Reysin sərnişinləri Dehli şəhərinə digər təyyarə ilə 06:25-də yola düşüblər.