Bakı Dəmiryol Vağzalında ölümbackend

Bakının mərkəzində orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Oxu.Az-ın məlumatına görə, hadisə yanvarın 22-də axşam saat 20 radələrində paytaxtın Nəsimi rayonu, Bakı Dəmiryol Vağzalının qarşısında baş verib.

Paytaxt sakini 1978-ci il təvəllüdlü Aydın Məmmədov vağzalın girişində ehtiyatsızlıqdan yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.