Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin olunubbackend

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

APA-nın əldə etdiyi məlumata görə, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.