Bakı metrosu iyunun 1-dən açıla bilərbackend

Bakı metrosu iyunun 1-nə qədər sərnişinlərin istifadəsinə hazır vəziyyətdə olacaq.

Bu barədə İctimai.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, metronun açılışı ilə bağlı onlarda hər hansı məlumat yoxdur:

“Hər zaman olduğu kimi bu gün də metroda qatarların saz vəziyyətdə saxlanılması üçün zəruri olan bütün texniki tədbirlər görülüb. Metronun fəaliyyətə başlaması isə Nazirlər Kabineti yanında operativ qərargahın karantin rejimi ilə bağlı yeni qərarından asılı olacaq. Metronun açılması ilə bağlı bizə heç bir tarix deyilməyib. Biz sərnişinlərə xidmət etməyə tam hazır vəziyyətdəyik”.