Bakı metrosunda dəhşətli hadisə: Qatar relslərə yıxılan vətəndaşın üstündən keçdibackend

Metronun “28 May” stansiyasında qatar yoluna düşən sərnişin (cinsi kişi) ölüb. Onun 65-70 yaşının olduğu təxmin edilir.

Bu barədə “Bakı Metropoliteni” QSC-dən bildirilib.

Hadisə ilə əlaqədar xətlərdə yubanma olub, onun meyiti qatar yolundan çıxarıldıqdan sonra hərəkət bərpa olunub.

Hazırda xətlərdə intervalların bərpa olunması istiqamətində operativ tədbirlər görülür.