Bakı metrosunda maşinist qatar idarə edərkən öldübackend

Bakı metrosunda maşinist iş başında ölüb.

İctimai.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC-də təsərrüfat qatarını idarə edərkən 1958-ci il təvəllüdlü Aydın Kərimlinin qəfildən halı pisləşib və vəfat edib.

İlkin məlumata görə, hadisə dünən “Avtovağzal” metro stansiyasında baş verib.

“Bakı Metropoliteni” QSC maşinistin ölümü ilə bağlı hadisəyə münasibət bildirib.

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov açıqlama verib.

Onun sözlərinə görə, maşinist köməkçisinin dispetçerə məlumatı əsasında dərhal təcili tibbi yardım çağırılıb.

Qurum rəsmisi bildirib ki, aidiyyəti strukturlara və maşinistin ailəsinə məlumat verilib:

“Metropolitenin gecə iş rejimi ilə bağlı hər hansı bir problem yaşanmayıb. Hazırda məsələ ilə bağlı aidiyyəti strukturlar müvafiq iş aparırlar”.