“Nizami” – “28 May” tunel yolu mənzilində qatar maşinisti tüstülənmə müəyyən edib, dərhal dispetçer mərkəzinə məlumat verib”.
Bununla bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov açıqlama verib.
O bildirib ki, Bakı metropoliteninin normativ tələblərinə uyğun olaraq, dərhal yüksək gərginlik xətdən ayrılıb, FHN-in aidiyyəti qurumuna məlumat verilib:
“Nizami” stansiyası sərnişinlərin girişinə bağlanılıb. Tüstülənmənin mənbəyi dərhal müəyyən edilib. İşıqlanma kabelində tüstülənmənin qarşısı alınıb.
Qatarların hərəkəti 25 dəqiqədən sonra bərpa olunub”.