Bakı metrosunda yeni qatarlar xəttə buraxıldıbackend

 

 

Bu gün Bakı metropolitenində hər biri beş vaqondan ibarət olan müasir tipli daha dörd yeni qatar tərkibi xəttə buraxılıb.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu gün Rusiyanın “Metrovaqonmaş” müəssisəsinin istehsalı olan dörd yeni qatar xəttə buraxılıb:

“Sərnişin axını nəzərə alınaraq, yeni qatarlar “Həzi Aslanov” – “Dərnəgül” xətti üzrə istifadəyə verilib. İstismar müddətini başa vuran qatarlar yeniləri ilə əvəzlənib. Belə ki, yeni qatarların əvəzlədiyi köhnə qatarlar istismar müddəti bitən gün xətdən çıxarılır”.