Bakı metrosundakı gecikmənin səbəbi açıqlanıbbackend

Bu gün səhər saatlarında Bakı metrosunda qatarların gecikmə səbəbi açıqlanıb.

Oxu.Az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, gecikmə texniki nasazlıq səbəbindən meydana gəlib.

“Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında qatarda texniki nasazlıq baş verdiyindən sərnişinlər düşürülərək qatar baxış üçün “Dərnəgül” stansiyasının sərnişindaşıma həyata keçirilməyən birinci yoluna keçirilib. Dərhal “Nərimanov” elektrik deposundan əvəzləyici qatar xəttə buraxılıb. Bu səbəbdən “Dərnəgül” – “Nərimanov” sahəsində interval fərqi yaranıb.

Yaranan narahatlığa görə sərnişinlərdən üzr istəyirik”, – deyə B.Məmmədov vurğulayıb.