Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıbbackend

Bakı-Naxçıvan-Bakı avtobus reysləri İran-İsrail münaqişəsinin qızışması fonunda müvəqqəti dayandırılıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Açıqlamada qeyd olunub ki, reysin bərpa müddəti hələ bilinmir, məsələyə yaxın günlərdə baxılacaq.