Bakı-Quba yolunda üç təcili yardım maşını qəzaya düşdü, yaralılar varbackend

Sumqayıtda çağrışa gedən üç təcili tibbi yardım maşını qəzaya düşüb.

Bunu açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib.

Onun sözlərinə görə,  təcili tibbi yardım maşını şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində çağırışa gedərkən digər avtomobil tərəfindən vurulub:

“Hadisə yerinə kömək üçün gələn başqa təcili tibbi yardım maşınını da orada vurublar. Daha sonra əraziyə cəlb olunan üçüncü təcili tibbi yardım maşını vurulub. Nəticədə altısı tibb işçisi və digər bir nəfər sürücü yüngül xəsarət alıb”.

R.Əliyeva qeyd edib ki, yaralılara yerində ambulator yardım göstərilib.

İctimai.az