Bakı sakininin 11 min manatı əlindən alınıbbackend

Sabunçu rayonunda soyğunçuluq olub.

DİN-in mətbuat xidmətindən verilən xəbərə görə, Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində X.Bağırova zor tətbiq edib 11 000 manatını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəxs müəyyən olunub.

Faktla bağlı şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Novruzzadə saxlanılıb.