Bakı və Abşeronda küləyin sürəti güclənibbackend

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bununla bağlı Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sentyabrın 5-i saat 18:00-a olan məlumata əsasən, şimal-qərb küləyi arabir güclənib.

Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 22 m/s, Neftçalada 20 m/s-dək güclənib. Bu, sarı xəbərdarlığa uyğundur.

Qeyd edilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 27, Naxçıvan MR-da 35, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti qeydə alınıb.