Bakıda 17 yaşlı qız zorla ərə verilir – İDDİAbackend

Bakıda 17 yaşlı qızın zorla ərə verilməsi iddia edilib.

Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Bildirilib ki, qız 11-ci sinifdə oxumalıdır, amma ailəsi onu məktəbdən çıxarıb və 25 yaşlı dayısı oğlu ilə nişanlayıb. İki həftə sonra da toyları olacaq.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-a bildirilib ki, məsələ barədə məlumatlıdırlar:

“Araşdırma aparılır”.