Bakıda 22 yaşlı oğlan qəzada ölüb.
Oxu.Az-ın məlumatına görə, hadisə Xəzər rayonu ərazisində baş verib.
2003-cü il təvəllüdlü Bakı şəhər sakini Əli Sahib oğlu Əliyev özünə məxsus VAZ 2107 markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan, 1978-ci il təvəllüdlü Biləsuvar rayon sakini Eldəniz Abuzər oğlu Əliyevin idarə etdiyi “Ford Transit” markalı maşına arxadan çırpılıb.
Nəticədə Ə.Əliyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.