Sosial şəbəkə hesabında öz övladını satmaq üçün video paylaşan ana ilə bağlı tədbir görülüb.
İctimai.az xəbər verir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan məlumat əsasında ətraflı araşdırma başlanılıb.
“Uşağın hüquqlarının müdafiəsi məqsədilə dərhal Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşlarının iştirakı ilə təxirəsalınmaz tədbirlər görülüb, azyaşlının dövlətin himayəsinə alınması təmin edilib.
Bu kimi halların qarşısının vaxtında alınmasına müvəffəq olmaq üçün hər kəsi ətrafında baş verən hadisələrə həssaslıqla yanaşmağa və dərhal aidiyyəti qurumlara məlumat verməyə çağırırıq”, – deyə komitənin məlumatında bildirilib.