Bakıda avtobusda dəhşət saçan əlibıçaqlı qadının şəxsiyyəti müəyyənləşib.
İctimai.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı – polis leytenantı Lumu İsrəfilli bildirib ki, ictimai nəqliyyatda kəsici alətlə qeyri-adekvat hərəkətlər edən 1957-ci il təvəllüdlü qadın polis əməkdaşları tərəfindən saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq barəsində qanunamüvafiq tədbirlər görülüb.