Bakıda avtomobil 23 yaşlı gəncin üzərindən keçibbackend

Bakıda avtomobil asfaltda sərxoş vəziyyətdə uzanan şəxsi vuraraq öldürüb.

aictimai.az “Report”a istinadən xəbər verir ki, 1987-ci il təvəllüdlü Toğrul Firdovsi oğlu Süleymanov idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi istiqamətində hərəkətdə olarkən Məmmədli dairəsi yaxınlığında sərxoş vəziyyətdə asfalt örtük üzərində uzanmış 2003-cü il təvəllüdlü Kənan Şəmsəddin oğlu Əmirovu vurub.

Kənan Əmirov aldığı xəsarətlər nəticəsində müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.