Bakıda avtomobil maneəyə çırpılıbbackend

Bakının Xəzər rayonunda 43 yaşlı qadın yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

İctimai.az “Report”a istinadən xəbər verir ki, minik avtomobilinin yol kənarında maneəyə çırpılması nəticəsində, nəqliyyat vasitəsində olan sərnişin 1981-ci il təvəllüdlü Sevinc Mirağa qızı Mahmudova xəsarət alıb.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.