Bakıda beşmərtəbəli yaşayış binasında baş verən yanğında xəsarət alan var?backend

“Bakının Nərimanov rayonunda beşmərtəbəli binada baş verən yanğın söndürülüb”.

Bunu açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İctimaiyyətlə əlaqə sektorunun rəisi Əlibala Əlizadə deyib.

O bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb:

“Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən söndürülüb. Yanğın nəticəsində hər mərtəbəsi 860 kvadratmetr olan binanın beşinci mərtəbəsində bir otaq və ümumilikdə altı ədəd 36 kvadratmetrlik eyvan yanıb. Yanğın zamanı xəsarət faktı qeydə alınmayıb. Yanğın tam olaraq söndürülüb. Hadisənin başvermə səbəbləri araşdırılır”.