Bakıda daha bir məktəb koronavirusa görə bağlandıbackend

Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən 106 saylı tam orta məktəbdə dərslərin distant formada keçirilməsi qərara alınıb.

İctimai.az-ın əldə etdiyi məlumatına görə, buna səbəb məktəbdə müəllim və şagirdlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Qeyd edək ki, bundan əvvəl ölkə üzrə dörd məktəb COVID-19-a görə bağlanıb.