Bakıda evdən 21 min dollar oğurlandıbackend

Bakıda evdən 21 min dollar və qızıl oğurlayan şəxs saxlanılıb.

İctimai.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bakı Şəhər Baş Polis İdarəsi və Xəzər Rayon Polis İdarəsinin ikinci PŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də rayon ərazisindəki evlərin birindən quldurluq yolu ilə içərisində 21.000 ABŞ dolları və 6000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi aparmaqda şübhəli bilinən Ağdam rayon sakini İ.Məmmədov saxlanılıb.

Onunla birlikdə olmuş daha üç nəfərin şəxsiyyətləri müəyyən edilib.

İctimai.az