Bakıda gənc qadının evdə meyiti tapıldı – Əri SAXLANILDIbackend

Bakıda, Nizami rayonunun Nəsimi küçəsində qətl hadisəsi baş verib.

Oxu.Az “Qafqazinfo” ya istinadən xəbər verir ki, 2004-cü il təvəllüdlü Ləman Mehman qızı Vəliyeva kirayə yaşadığı mənzildə aldığı xəsarətlərdən vəfat edib.

Onu döyərək öldürməkdə şübhəli bilinən əri, 1991-ci il təvəllüdlü Rəşad Əmirov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hadisənin mübahisə zəminində törədildiyi bildirilir.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.