Bakıda həkim koronavirusdan vəfat etdi – FOTObackend

Azərbaycanda həkim koronavirusdan vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkimi Sevda İsmayılova ötən gün koronavirusdan vəfat edib.

Məlumatı  Elmi-Tədqiqat Kardiologiya İnstitutundan təsdiq ediblər.

Xatırladaq ki, S.İsmayılova 44 günlük Vətən müharibəsi dövründə yaralı əsgərlərin müayinə və müalicəsində, eləcə də COVID-19 infeksiyasına qarşı aparılan mübarizədə fəal iştirak edən tibb işçilərindən olub.